Futbol

“Səbail”dən ayrılacaq futbolçular

16.05.2018 , 12:40

Topaz Premyer Liqasında debüt edən “Səbail” klubu qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldi. Belə ki, Samir Əliyevin başçılıq etdiyi “Səbail” elitada qalmağı bacardı.

Samir Əliyevlə yola davam edəcək “Səbail” gələn mövsüm daha yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu səbəbdən heyətə əl gəzdiriləcək. Müəyyən büdcəsi olan “Səbail” hazırkı legionerlərin bir qismini yola salacaq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, 4 legionerin “aslanlar”dan ayrılacağı dəqiqdir. Söhbət Yevgeni Koçuk, Faruk Miya, Ayron Stati və Vaxıd Orazsaxedovdan gedir. Müxtəlif ölkələri təmsil edən bu oyunçuları gələn mövsüm paytaxt klubunun heyətində görməyəcəyik.

Qeyd edək ki, “Səbail” ilə müqaviləsi yayda başa çatmayacaq yeganə legioner Maudo Jarjuedir. 

Mənbə: Futbol11.az

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı