Rusiya Türkiyəni, İtaliya Polşanı məğlub etdi
15.10.2018 , 09:27
UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü tura start verilib.
Bu gün 7 qarşılaşma baş tutub. Azərbaycan yığması doğma meydanda Malta ilə 1-1 hesablı heç-heçə edib.
UEFA Millətlər Liqası
3-cü tur
A Liqası
3-cü qrup
Polşa – İtaliya 0:1
Qol: Kristiano Biraqi, 90+2.
B Liqası
2-ci qrup
Rusiya – Türkiyə 2:0
Qollar: Roman Noyştadter, 20, Denis Çerışev, 78.
C Liqası
1-ci qrup
İsrail – Albaniya 2:0
Qollar: Tomer Hemed, 8, Dia Saba, 83.
4-cü tur
4-cü qrup
Rumıniya – Serbiya 0:0
Litva – Monteneqro 1:4
Qollar: Rolandas Baravikas, 88 – Stefan Muqoşa, 10; 45 (pen.), Boriş Kopitoviç, 35, Darko Zoriç, 86.
D Liqası
3-cü qrup
Azərbaycan – Malta 1:1
Qollar: Araz Abdullayev, 53 – Rouen Muskat, 37.
Farer adaları – Kosovo 1:1
Qollar: Rene Yonsen, 50 – Miloş Raşitsa, 9.