Futbol

Rüfət Dadaşov komandasına qələbə qazandırdı

17.03.2018 , 07:41

Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindioyi “Dinamo” (Berlin) doğma meydanda “Auerbax” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Rüfət də matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. O, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.

Bununla da, Rüfət cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.

Qeyd edək ki, “Dinamo” hazırda 43 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı