Dünya Futbolu

Ronaldo üçün bəd xəbər – anası ağır xəstəliyə tutulub

08.02.2019 , 11:55

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyulub.

64 yaşlı qadın özü bu barədə Portuqaliya telekanallarından birinə müsahibəsində deyib: “Madriddə döşümdən əməliyyat olundum, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram”.

Doloreş Aveyru qohumlarından heç kimin onun bu xəstəliyi haqda bilmədiyini əlavə edib.

Son yazılar

Yuxarı