Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatına uğurla başlayıb.
33 yaşlı hücumçu ilk turda İspaniya ilə keçirilən oyunda het-trik edib. Oyunda hesabı açan forvard sonda komandasını məğlubiyyətdən xilas edən qolun da müəllifi olub.
Qeyd edək ki, Portuqaliya – İspaniya matçı 3:3 hesablı bərabərliklə başa çatıb.