Çempionlar Liqası yarımfinal mərhələsində "Real"ı (Madrid) oyun sonrası penaltilər seryasında məğlub edən "Bavariya" klubunun yarımmüdafiəçisi Aryen Roben maraqlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, görüşün 27-ci dəqiqəsində penalti zərbəsindən vurduğu qolla ümumilikdə iki görüşün nəticəsinə görə hesabı bərabərləşdirən hollandiyalı futbolçu oyun sonrası onbir metrlik cərimə zərbəsini vurmamasının səbəbini açıqlayıb.
"Kasilyas məni çox yaxşı tanıyır. İki il onunla bir yerdə oynamışam. Normal oyun vaxtı penaltimi qola çevirdim. Lakin ikinci dəfə Kasilyasla üz-üzə gəlmək çətin olacaqdı."