Digər idman növləri

Ramil Quliyev Türkiyə ordusunda əsgər andı içdi

17.11.2018 , 10:15

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə silahlı qüvvələrində ilk təlimləri başa vurub.

200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.

Qeyd edək ki, Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.

Son yazılar

Yuxarı