İspaniyalı raketka ustası Rafael Nadal “Real” (Madrid) klubu haqqında
maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, 30 yaşlı tennisçi:
“Real”ın prezidenti olmaq istəyərəm. Niyə də yox? Lakin, hal-hazırda klubun
buna ehtiyacı olduğunu düşünmürəm. Gələcəkdə nələrin olacağını heç kim bilə
bilməz”
İspaniyalı raketka ustası son olaraq “Australian Open” turnirundə tək kişilərin
finalında İsveçrəli Roqer Federerə 3-2 hesabı ilə məğlub olmuşdu.