Fransanın “Monako” klubu növbəti rəsmi transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, Fransa klubu “Barselona”nın sabiq üzvü Erik Abidalı rənglərinə bağlayıb.
Müqavilənin şərtləri haqda hələ ki, məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl “Monako” “Portu”dan Moutinyo və Rodrigesi transfer edib, “Atletiko”dan Falkao və “Barselona”dan isə Viktor Valdesi heyətinə qatmağa hazırlaşır.