big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

Qurbanov: “Hər komanda rəqibini yaxşı tanımalıdır”

19.09.2018 , 22:04

Avropa Liqası 2018/19-cu il mövsümü çərçivəsində sabah “Qarabağ” Portiqaliyanın paytaxtı Lissabon şəhərində “Qarabağ”ın qonağı olacaq. Oyundan öncə “Sportinq”in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda mətbuat konfransı baş tutub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:

“İlk oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimizi üçün maraqlı oyun olacaq”

– Gözləntiləriniz nədir? “Sportinq”in hansı xüsusiyyətlərini qeyd edərdiniz?
– Üstünlük “Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik. Hər bir halda, rəqibi yaxından tanımışıqı, düşünürəm ki futbolçular meydanda əlindən gələni edəcək

– Rəşad Sadıqov və Miçel sabah oynaya biləcəkmi?
– Sadıqov meydanda olmayacaq. Miçellə bağlı hələ qərar verməmişik. Sabaha kimi vaxtımız var.

– Rəqibin “Qarabağ” haqda elə də çox məlumatı yoxdu. Bu bizim üstünlüyümüz ola bilərmi?
– Düşünmürəm ki, məlumatlı deyillər. Ola bilər kənarda hər hansı məlumatsızlıq olsun. Bəlkə də, “Qarabağ”ın adının hansı ölkəyə aid olduğunu bilmədilər. Mətbuatda səhv yazılar oldu. Ancaq belə olmamalıdı. Hər bir klub bilməlidir ki, kimə qarşı oynayırlar. Məşqçilərinin açıqlamarından da bilinir ki, bizi yaxşı tanıyırlar, futbolçularımızı bilirlər. Ümumiyyətlə, məlumat tooplamaq elə də çətin deyil. Düşünürəm ki, bizi yaxından analiz ediblər

– Siz həm də millinin baş məşqçisiniz. “Sportinq”i analiz etməyə kifayət qədər vaxtınız olubmu?
– Bəli, çətindi. Ancaq mənim borcumdur ki, hər iki komandada böyük məsuliyyətlə çalışım. Vaxt azlığı olsa da, hər iki komanda üçün maksimum çalışıram. Böyük həvəslə, sevə-sevə işimə davam edirəm

– Bas Dost oynamayacaq. Buna görə rahat yata biləcəksinizmi?
– “Sportinq”də güclü olan sadəcə bir oyunçu deyil. İşimizi gördükdən sonra da rahat yatırıq. Kollektiv olaraq komanda yaxşı təsir bağışlayır. Bəlkə də, bizim üçün rahatçılıq yaradır.

– Simon Slavçevlə danışıb məsləhət almısınızmı?
– Slavçevin oynamasını çox istərdim, əfsuslar olsun ki, zədəlidir. Nadir hallarda futbolçulardan informasiya götürürəm. Çünki bu gün orda deyilsə, ona görə səhv məlumat da verə bilər.

– “Sportinq”in son zamanlar böhran yaşaması bizim xeyrimizədirmi?
– Dəyişiklik olanda klubun istəyi daha da artır, futbolçuların da həmçinin. Böyük klublarda dəyişikliklər yanlış qərar olmur. Sabah bəlkə də, daha istəkli və aqressiv ola bilərlər

– Azərbaycan üçün Qarabağ həssas yerdi. Torpaqlarımız uzun müddət işğal altındadır. Avrokuboklarda çıxış etməyiniz Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün nə dərəcə vacibdir.
– 10 il bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdı. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün də böyük addımdır. Bu klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha da çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın bölgəsidir

– “Qarabağ” Ukrayna komandası kimi təqdim olunub. Sizcə, bu təsadüfdür, yoxsa təxribat?
– İnanmıram ki, təxribatdır. Buna inanmaq da istəmirəm. Texniki səhv ola bilər. İlk dəfədir Portuqaliya klubu Azərbaycan komandası ilə qarşılaşır. Ümid edirəm ki, təxribat deyil.

Son yazılar

To Top