Ölkə futbolu

Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas komandasında

07.01.2019 , 14:13

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” təlim-məşq toplantısına aşağı yaş qruplarından bir neçə futbolçu cəlb edib.

Onların arasında baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da var. 17 yaşı hələ tamam olmayan mərkəz hücumçusu U-19 millimizin üzvüdür. O həmçinin, Ağdam klubunun əvəzedici heyətində oynayır.

Qeyd edək ki, ötən gün Türkiyəyə yollanan “Qarabağ” yanvarın 27-dək hazırlıq keçəcək.

Son yazılar

Yuxarı