big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qurban Qurbanovdan indidən nəsə tələb etmək düzgün deyil”

07.03.2018 , 09:27

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. İclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun mətbuat konfransı təşkil edilib. Baş katib ilk olaraq iclasda müzakirə edilən məsələlər barədə danışıb:

– İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ var idi. Bunlardan biri Azərbaycan Futzal Federasiyasının hesabatı idi. Federasiya prezidenti Zaur Axundov son Avropa çempionatı barədə hesabat verdi. Bu gün həm də Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi təyin olundu. Çimərlik mövsümü açılmaqdadır. Bu məsələ bizim üçün vacib idi. Zeynal yeganə futbolçudur ki, həm futbol, həm çimərlik futbolu, həm də futzalda qol vurub. Yəqin ki, Avropada bu uğura imza atan yeganə futbolçudur (gülür).

Daha sonra danışılmış oyunlarla bağlı müzakirələr oldu. Bu məsələ məxfi olduğu üçün sizə açıqlaya bilmərəm. Bu müzakirədə UEFA nümayəndəsi də iştirak etdi. Danışılmış oyunlarla bağlı mübarizəmizi davam etdirəcəyik.

Daha 2 nəfərə xüsusi, 4 nəfərə isə adi təqaüd veriləcək.

Media Komitəsi ilə bağlı da məsələ müzakirə olundu. İki ilə yaxındır bu qurum fəaliyyət göstərir. İK bütün detallara nəzər yetirdi, belə qərar qəbul olundu ki, bu qurum fəaliyyətini davam etdirsin. Ancaq yeni format qəbul olunmalıdır. Media Komitəsinin ilk ildəki fəaliyyəti çox uğurlu idi. Lakin ikinci ildə müəyyən problemlər yarandı. Buna görə, qurumun yeni formatda fəaliyyət göstərməsi barədə qərar qəbul etdik. Bu məsələ aprel ayında müzakirə ediləcək. Sizinlə bir daha görüşərək, yeni formatı müzakirə edəcəyik.

– Uşaq futbolunda inkişaf olduğunu dediniz. Ancaq son vaxtlar komanda saylarının azaldığını görürük…

– Biz uşaq futbolunu iki yerə bölürük – Premyer Liqa və akademiya. Premyer Liqada klub sayı azaldığından, komanda sayının da azalması normaldır. Əvvəlki illərdə bir bölgə bir komanda ilə təmsil olunurdusa, indi hər rayondan bir neçə komanda fəaliyyət göstərir.

– Danışılmış oyunlarla bağlı problemdən danışdınız. Elə olmaz ki, əvəzedicilərdən ibarət komandalar birinci divizionda çıxış etsin?

– Bu barədə İK-nin iclasında müzakirə oldu. Ancaq heç bir qərar qəbul olunmadı. Ola bilsin, digər ölkələrin təcrübəsindən istifadə edək. Birinci divizionda əvəzeidici komandaların yarışması da mümkündür. Bu məsələni millinin baş məşqçisi Qurban Qurbanovla da müzakirə etdik. İstəyərdim ki, Klublar Komitəsinin iclasında da bu məsələ müzakirə edilsin.

– Premyer Liqada azarkeş sayının azalması barədə nə deyə bilərsiniz?

– Komanda sayı azaldığına görə, azarkeş sayının da azalması normaldır. Ancaq Sumqayıtda əlavə tribunalar quraşdırılsa, azarkeş sayını 3 minə qədər çıxarmaq olar. O ki qaldı “Kəpəz”ə, bu, çox güman ki, komandanın çıxışı ilə bağlıdır. Klublar da azarkeş sayının artırılması ilə bağlı iş görməlidir.

– Klublar Komitəsindən danışdınız. Sanki bu qurumun son vaxtlar qəbul etdiyi qərarlar adiləşib…

– Biz AFFA olaraq bir platforma yaratdıq – Klublar Komitəsi. Klublar bundan səmərəli istifadə etməlidilər. Biz gündəliyi futbol ictimaiyyətinin rəyi əsasında hazırlayırıq. KK-nın mövqeyi həmişə nəzərə alınır.

– Kamran Quliyev KK-nın sədri olarkən demişdi ki, ölkə telekanallarında futbola aid məsələlər azalıb. Bu məsələ müzakirə olundumu?

– Azərbaycanda iki idman kanalı var. Məncə, bu, gözəldir. Sevindirici haldır ki, bu kanallarda futzal, birinci divizionun oyunları göstərilir. Əvvəllər bu cür yarışları heç görmürdük. O ki qaldı digər kanallara, onlar bazarın tələbi əsasında fəaliyyət göstərirlər.

– “Sumqayıt” bu günə kimi avrokuboklara vəsiqə qazana bilməyib. Ancaq komanda bu il avrokuboklara qatılmağa çox yaxındır. Belə bir vəziyyətdə klub prezidenti Kamran Quliyev “Neftçi”yə göndərildi. Bayaq Rövnəq Abdullayev Riad Rəfiyevlə görüşən zaman “Sumqayıt”la bağlı danışırdı…

– Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə keçməsi onun öz qərarı idi. Çox güman ki, klub rəhbərliyindən ona təklif gəlib, o da razılaşıb. Həm də, o, bu barədə “Sumqayıt”dan icazə aldıqdan sonra qərar verib. O ki qaldı Riad Rəfiyevə, bəlkə ad günü ilə bağlı təbrik edib (gülür). O özü mənimlə danışanda, dedi ki, “Sumqayıt”dan ona təklif gəlib. Ancaq başqalarına da bu cür təkliflər gəlib. Üç namizəd var. Riadı soruşdunuz deyə, təsdiqlədim. Digər namizədlər barədə isə etika naminə danışmaq istəmirəm. Biz ancaq hansısa klub bizdən məsləhət alanda kimisə təklif edirik. Məsələn, zəng edib soruşurlar ki, “filankəs sizdə işləyir, necə işçidir?” Biz də öz fikrimizi bildiririk. Bəlkə mənə də təklif gəlir, onu deyim ki, gəlmir (gülür). Ancaq belə şey olsa, mən də gedib rəhbərliklə məsləhətləşərəm. AFFA-dan kimsə hansısa kluba gedirsə, bu o demək deyil ki, onları federasiya göndərir. Məsələn, “CBC Sport”un əməkdaşı bu yaxınlarda hansısa kluba getdi. Ancaq heç kim demir ki, Volkan bəy öz işçisini kluba göndərdi.

– UEFA nümayəndələri bura məhz danışılmış oyunlarla bağlı gəlib?

– Xeyr. Con Deleyni UEFA İcraiyyə Komitəsinin üzvüdür. O, əvvəllər də Azərbaycana səfər edib. Konfrans barədə iki ay öncə onlara məlumat vermişdik. UEFA-nın “Het-trik” layihəsinin nümayəndəsinin gəlməsinə səbəb bu qurum tərəfindən ayrılmış vəsaitə nəzarət etməkdir.

– Maliyyə fair-pleyi ilə bağlı nə isə müzakirə olundu?

– Maliyyə fair-pleyinə düşən konkret rəqəm var. Orta hesabla milyon avro. Bizdə iki klub ora düşə bilər.

– Növbəti ildə Premyer Liqada daha çox komandanın çıxış etməsi müzakirə olundu?

– Bəli, olundu. Ancaq bizim əsas problemimiz birinci diviziondakı danışılmış oyunlardır. Bilməliyik ki, hansı klublar “təmiz”dir. Fikrimcə, 10 komanda olsa, daha yaxşı olardı. Klublar lisenziya ilə bağlı sənədləri göndəriblər. Hazırda minimum həddəyik. Ancaq buna baxmayaraq, Premyer Liqa çempionu Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi.

– Qurban Qurbanovla Millətlər Liqası barədə müzakirələr oldu?

– Xeyr, bu barədə müzakirə olmadı. Biz bilirdik təxminən hansı komandalarla düşə bilərik. Onların səviyyəsi aydın idi. Dekabrda təxminən kimlərlə qarşılaşacağımızı bilirdik. Bu məsələ ilə bağlı Qurban bəylə danışmışdıq. O, hələ yenidir. Buna görə, indidən nə isə tələb etmək düzgün deyil. Həm də, milli onun rəhbərliyi altında cəmi bir oyun keçirib. Qarşıda yığmanın yoxlama oyunları olacaq. Bu oyunlardan sonra – seçmə mərhələdən öncə onun fikirlərini öyrənəcəyik.

– Bu gün birinci divizionda “Sabah”, “Xəzər” kimi komandalar var. Bu komandaları izləyirsiniz?

– Əlbəttə, izləyirəm. “Sabah” “Vətən” klubunun komandasıdır. “Xəzər” isə bu yaxınlarda Antalyaya getdi. Orda bir neçə oyun da keçirdi. Bu komandalara vəsait ayrılması sevindiricidir. Ancaq bu, həm də, təhlükəli ola bilər. Tez müddətdə Premyer Liqaya gəlmək ziyan da ola bilər. UEFA-nın da tələbi var ki, klub avrokuboklarda iştirak etmək üçün ən azı üç il peşəkar səviyyədə çıxış etməlidir. Bu klub nümayəndələri ilə görüşdə də tələsməmələrini məsləhət bildim. Bizə komanda yox, klub lazımdır. Birinci divizionda daha çox klub yox, komanda çıxış edir. Bölgələrdə uşaq futbolu var.

– Qurban Qurbanovun maaşı Robert Prosineçkidən çoxdur, ya az?

– Bu məxfidir. Müqaviləyə əsasən, bu məsələ gizli qalmalıdır.

– Hesabata görə, birinci divizionda bir neçə klub AFFA tərəfindən maliyyələşdirlir. Bu komandalarda da problemlər var?

– Bəli, biz maliyyələşdiririksə, o demək deyil ki, hər şey əla vəziyyətdədir. O klubların öz rəhbərləri var. Bu klublara maliyyə məsələsində şəffaflığı əsas götürürük. Bəzi klublar legioner dəvət edirlər. Amma bunu öz vəsaitləri hesabına edirlər. Düzdür, bu gün birinci diviziondan Premyer Liqaya gedən futbolçular cəmi iki faizdir. Bu, çox azdır. Lakin ola bilsin, həmin iki faizdən gələcəkdə istedadlı oyunçular çıxa bilər.

Qol.az

Son yazılar

To Top