big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Premyer Liqa

Qurban Qurbanov sükutu pozdu: “Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir”

24.11.2018 , 21:57

“Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Topaz Premyer Liqasının XII turunda öz meydanında “Sabah”ı qəbul edib.  Görüş bərabərliklə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlarından sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi”.

– Millinin baş məşqçisi olaraq bu suala aydınlıq gətirməyinizi istəyirik. Kamran Ağayev həqiqətən də zədəli olduğunu bəhanə edib?

– Suallarınıza cavab verəcəyəm. Mən istəmərəm ki, komanda haqda belə fikirlər səslənsin. Hər bir komandada zədəli ola bilər.  Ola bilər ki, ciddi bir şey olmaya bilərdi. Zədələnməsinə, oynamamasına narahat deyiləm. Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir. Bunu futbolçunun ixtiyarına buraxmaq lazımdır.  Bütün bunlardan əlavə, istəmərəm futbolçularımın üzərinə çox gedilsin.

– Dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Həmin mərasimdə iştirak edəcəksiniz?

– Bu barədə məlumat verəcəyik.

– Kosovoya məğlubiyyət, bu gün heç-heçə… “Sportinq”lə görüşdə çətinlik olmayacaq?

– Düşünmürəm. Milli üzvləri il ərzində az sayda oyun keçirmirlər. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını düşünmürəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.

– Elxan Məmmədov bu gün meydanın kənarında sizinlə söhbət edirdi. Maraqlıdır, nə danışdınız?

– Elxan müəllim bütün çempionat oyunlarında iştirak edib. Bir yerdə işləyirik, danışmağımız normaldır.

– Tərlan Əhmədov bu gün bildirib ki, milli tək Kamran Ağayevdən ibarət deyil. O, qolkiperin Kosovo ilə oyundan öncə zədəli olduğunu bildirib.  O, eyni zamanda “pirojki” dövründə daha yaxşı futbol oynanıldığını söyləyib.

– Mən illərdir futboldayam. Çalışmışam ki, öz işim barədə düşünüm, dəyər verim. O cümlədən də, komandanın nəticələrini yaxşılaşdırım. Tərlanla bir yerdə oynamışam, nəticələrimiz də olub.  Tərlanın açıqlaması ilə tanış olmamışam, ona görə fikir bildirmək istəmirəm. Belə hallarda fikir bildirənlər daha çox olur.  Heç kimin fikrinə münasibət bildirmək niyyətində deyiləm. Hamıya yalnız dəstək olmağa çalışmışam. Bütün hallarda, heç kim haqda pis fikirdə olmamışam və olmuram. Mən öz işimlə məşğul olmağa çalışıram.  Futbolda məğlubiyyət də olur, uğurlu oyunlar da. Kimlər məğlub olmayıb ki?

– Milli komandaya görə azarkeşlər narahatdır.  Onlara deyəcəyiniz fikir varmı?

– Mən azarkeşlərdən razıyam. Futbolumuzun irəli getməsini istəyirlər. Bir yerdə olmalıyıq ki, çətinlikləri geridə qoyaq. Bütün idman növlərində məğlub ola bilərik. Bizim birliyimiz həmişə olmalıdır.  Biz də öz işimizi layiqincə görməliyik. Çətinliklə də olsa, nəticələrimizi yaxşılaşdırmağa çalışırıq.

– Qurban Qurbanov millidə ona bəslənilən ümidləri doğrulda bilirmi?

– Mən işimin daha yaxşı olmasını istəyirəm.  Vaxtımın çox hissəsini futbola ayırıram.

– Üzərinizdə təzyiq hiss etmirsiniz?

– Məşqçilik elə bir peşədir ki, hər zaman təzyiq olur. Yazılanlar, deyilənlər məni narahat edir. Amma mən futbolçuların təzyiq altında olmasından ehtiyatlanıram. Mənə nə qədər təzyiq olsa da, bunu normal qarşılamağa çalışıram. Çətin olsa da, özümü ələ almağa çalışıram.

Son yazılar

To Top