Futbol

Qurban Qurbanov robota qarşı

08.11.2018 , 17:12

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

Bu haqda Qol.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Robokiper” bu ilin 4-7 dekabr tarixlərində keçiriləcək “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar  sərgi-konfransında təqdim olunacaq. Məlumatda deyilir ki, alman alimlərinin ixtirası olan“Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” hər yerdə böyük maraqla qarşılanır.
“Bakutel2018” iştirakçıları “Robokiper”ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə 10 manatlıq danışıq kartı və digər hədiyyələr qazanacaqlar.

“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur.

Qeyd edək ki, “Bakutel2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Robokiper”in qapısına qol vurmağa çalışacaq.

Facebook Şərhləri

Son yazılar

Yuxarı