Premyer Liqa

Qurban Qurbanov: “Qalib gəlmək üçün çox əziyyət çəkdik”

09.02.2019 , 20:54

Topaz Premyer Liqasının XVI turunda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov matç haqda danışıb: “Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdik. Çətin səfər oyunu idi. İkinci qola kimi oyunun sürəti aşağı düşmədi. Sevindirici haldı. Hər iki komanda qapanmaq istəmirdi. Düşünürəm ki, vacib 3 xal qazandıq.”

Təcrübəli mütəxəssis daha sonra jurnaistlərin suallarını cavablandırıb:

– “Sumqayıt”ın start heyəti sizi təəccübləndirmədi?
– Təəccübləndirmədi. İki hücumçu gözləyirdik. Ümumən, bu sxemi gözləyirdik

– Futbolçular sanki ilk qoldan sonra arxaynlaşmışdı…
– Deməzdim. Ev sahibi olan komanda məğlub olursa, onlar istər-istəməz aktiv olurlar. İkinci qoldan sonra ola bilər ki, arxaynlaşdıq. İkinci hissə Ayxan Abbasov sistemi də dəyişdi və oyunun sürəti artdı. Qalib gəlmək üçün futbolçularım çox əziyyət çəkdilər

– Şahruddin iştirak ərizəsinə salınmamasının səbəbi “Neftçi” ilə çıxışıdır?
– Qətiyyən “Neftçi” ilə oyuna görə deyil. Şahruddin bizim əsas oyunçularımızdan biridi. Məşqdə zədələnmişdi, yəqin ciddi bir şey yoxdu

– Mahir Mədətovun zədəsi ciddidirmi?
– Düşünmürəm. Üç gündü fərdi məşqlərə başlayıb.

– Qol epizodu haqda nə deyə bilərsiniz?
– Mübahisəli bir şey yox idi. Mən də gördüm ki, qol idi. Hakim də epizoda yaxın idi.

– Növbəti oyun “Qəbələ”yə qarşı olacaq…
– Çətin rəqibə qarşı oynayacağıq. İki oyundu, qalib gəlirlər. İkinci dövrəyə daha ciddi hazırlaşırlar. Vaxtımız var. Futbolçulara iki gün istirahət verəcəyik daha sonra matç haqda düşünmyə başlayacağıq. Asan oyun olmayacaq

– Reynaldonun hazırlığı qane edirmi?
– Hələ qane etmir. Son üç məşqə qatılıb. Hər şey yaxşılığa doğru gedir.

Son yazılar

Yuxarı