Əsas

Qurban Qurbanov: “Bura qələbə qazanmaq üçün gəlmişik”

09.09.2018 , 22:25

“Vacib səfərə gəlmişik. Həm bizim üçün, həm də rəqib üçün önəmli oyundur.  Maltanın Farer adaları ilə oyununa baxmşam. Rəqibimiz həmin oyunda məğlubiyyətə (1:3) layiq deyildi. Demək olar ki, oyuna hazırlaşmaq üçün vaxtımız olmayıb.  Bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, qarşıya qoyulan məqsədə çatacağıq”. Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamız Millətlər Liqasının D divizionunun III qrupunda sabah növbəti oyununu Malataya qarşı keçirəcək. Oyundan bir gün öncə baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Malta fərqli sistemdə oynayır.  Heç vaxt hansısa futbolçunun adını çəkməmişəm. Rəqibimiz son zamanlar daha uğurlu nəticələrə imza atır. Sürətli futbolçuları var. Heç bir komanda bu turnirdə məğlub olmaq istəmir. Müsbət nəticə əldə etməyə çalışacağıq”.

Qurbanov səfərə qələbə qazanmaq üçün gəldiklərini, bunu reallaşdırmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Maltaya qələbə qazanmaq üçün gəlmişik. Düzdü, futbolda planlaşdırılmayan nəticələr də olur. Biz qələbə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.

Təcrübəli çalışdırıcı start “11-lik”də cüzi dəyişiklik edəcəyini açıqlayıb: “Heyətdə dəyişikliklər olacaq. Amma hansı dəyişikliklər edəcəyimi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, ciddi dəyişiklik olmayacaq”.

Facebook Şərhləri

Son yazılar

Yuxarı