Cüdoçularımız Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Qran-pri” yarışında mükafatlar uğrunda mübarizə aparacaq.
Korner.az-ın məlumatına görə, yarışda ölkəmizi 18 cüdoçu təmsil edəcək. Kişilər 6, xanımlar isə 5 çəkidə fəxri kürsüyə qalxmağa çalışacaqlar.
Martın 31-də start götürəcək yarışda ölkəmizi təmsil edən idmançılar müxtəlif çəkilərdə qalib adı uğrunda mübarizə aparacaq. Kişilərin yarışında 12 idmançımız mükafatlara sahib çıxmağa çalışacaq. 60 Kq-da Sahib Əsgərov və Mehman Sadiqov, 66 kq-da Emil Həsənovla İlkin Babazadə, 73-də Elvin Mustafayevlə Telman Vəliyev, 81 kq-da Afiq Səfərli ilə Rüfət İsmayılov, 90-da Əbdulhaqq Rəsullu, Tural Səfquliyev və ən ağır çəkidə 100 kq da Zelim Kotsoev və Sənan Əhmədov tatami üzərinə çıxacaqlar.
Qadınların mübarizəsində isə 5 idmançı ilə təmsil olunuruq. 48 kq çəki dərəcəsində Leyla Əliyeva, 51 kq-da Nəzakət Əzizova, 57 kq-da Səkinə Zairova, 63 kq–da Xanım Hüseynova ilə Nuriyyə Əhmədova və 78 kq çəki isə Günel Həsənli mükafatlar uğrunda mübarizə aparacaq. Yarışa aprelin 2-də yekun vurulacaq. (cbcsport.tv)