big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qardaşlar” Region Liqasına hazırlaşır

16.01.2019 , 14:57

Bakı Kəndlər Futbol Federasiyasının həvəskarlar arasında keçirdiyi ənənəvi payız-yaz birinciliyində 4 turdan sonra turnir cədvəlinə “Qardaşlar” başçılıq edir. Paytaxt təmsilçisi hələ ki çempionatın uduzmayan yeganə komandasıdı. Komandanın yeni yarananmasına baxmayaraq, baş məşqçi Fərid Quliyev çempionluğa oynadıqlarını deyir.

– İlk öncə komanda haqda bilgi verərdiz.
– Bəribaşdan sizə və rəhbərliyinizə təşəkkürümü bildirirəm. Çempionatı işıqlandırdığınız, Azərbaycan futbolunun inkişafına çalışdığınız üçün. Kənd və qəsəbələrdə “Futbol+”in daimi oxucuları var. O ki qaldı sualınıza, “Qardaşlar” 2 ay olar yaradılıb. Biz əsasən mini-futbol oynayırdıq. Komandada olan uşaqların əksəriyyəti əvvəl böyük futbolla məşğul olanlardı. Kollektivimizdə yaxşı oyunçular var. Hazırda çempionatın bombardirləri məhz bizim oyunçulardı. Elşən Xəlilov 7, Səbuhi Hacıyev 5 qol vurub. Ən cavan oyunçumuz isə 2001-ci il təvəllüdlü Rəşad Qasımovdu. Vasitənizlə premyer-liqa klublarına səslənərək təəssüfümü bildirmək istəyirəm ki, AFFA-nın gənclərə verdiyi dəstəyi onlar göstərmir. Heç bir klub Rəşad Qasımova məşq edib, özünü göstərmək üçün şans yaratmayıb. Bir neçə kluba müraciət edib və oyununa baxmadan şans verməyiblər. Məsələn, “Neftçi” klubunun nümayəndəsi onun oyununu görmədən “bizim komanda güclüdü, sən bura düşə bilməzsən” deyərək, uşağa rədd cavabı verib. 17-18 yaşlı gəncə belə cavab verərlər, ya şans üçün imkan yaradarlar? Sonra da klublar deyir ki, oyunçu yoxdu, tapa bilmirik. Rəşad universal, böyük potensialı olan, perspektiv vəd edən oyunçudu və bir neçə mövqedə oynaya bilir. Ümid edirəm ki, bu turnir ərəfəsində onunla maraqlanan klublar olacaq. Rəşadı ona görə qeyd etdim ki, ən gənc oyunçumuz odu. Komandada Rəşaddan 2-3 yaş böyük olan potensiallı oyunçular da var.

– Paralel şəkildə mini-futbol turnirlərində də iştirak edirsiz?
– Komanda olaraq, heç bir yarışda iştirak etməmişik. Lakin heyətimizin üzvləri mini-futbol liqasında, müxtəlif turnirlərində iştirak edir.

– Maraqlıdı, həftədə neçə məşq edirsiz?
– Təəssüf ki, məşq etmirik. Çünki təzə yığılan komandayıq. Həmçinin hazırda məşq üçün vaxt da ayıra bilmirik. Uşaqların bəziləri axşam işləyir, bəziləri isə mini-futbol turnilərində çıxış edirlər. Buna baxmayaraq, inanın, oyunlarımız çox gözəl, baxımlı keçir. BKFF-nin yarışı səviyyəsinə görə mini-futbol liqalarının heç birindən geri qalmır.

– Hakimlikdən, təşkilatçılıqdan narazılığınız yoxdu?
– Əksinə, hər şey yüksək səviyyədə keçirilir. Vaqif müəllimə (BKFF-nin prezidenti Vaqif Davudov – M.) komandamız adından təşəkkürümü bildirirəm. AFFA-nın bizim çıxış etdiyimiz çempionata göstərdiyi diqqət və qayğıya görə ayrıca minnətdarlığımı çatdırmaq istəyirəm. Bizim üçün stadion ayırıblar və inşallah, çempionatın sonuna qədər bu dəstəyi davam etdirəcəklər. Eyni zamanda, oyunlara polislər nəzarət edir. Həmçinin həkimlər ayrılıb, tur ərzində təcili tibbi yardım maşını stadionda növbə çəkir. Yəni peşəkar futbolun ana tələbləri bizim yarışa da şamil olunur. Hakimliyə gəlincə, bizim oyunlara əsasən gənc ədalət təmsilçiləri təyin edirlər. Bu da normaldı. İstər futbolçu olsun, istərsə də hakim, gənclərə etimad göstərilməlidi. Premyer-liqanı idarə edən hakimlərdən əksəriyyəti belə turnirlərdən çıxıblar.

– Komandanı kim, necə maliyyələşdirir?
– Bizi maliyyələşdirən qurum və ya sponsor yoxdu. Oyunlara hər kəs özü gəlir. Komanda üçün formanı bizimlə çiyin-çiyinə çıxış edən Rəşad Teyyubov təşkil edib. Futbol fanatıdı, əlaqələri genişdi.

– Qarşınıza hansı hədəfi qoymusuz?
– Çempionata sırf həvəsə, istəyə görə daxil olmuşuq. Böyük futbola sevgisi olan, istəyi olan uşaqları komandaya yığmışam. Məqsədimiz, inşallah, çempion olmaqdı. Buna gücümüz, potensialımız var. Eyni zamanda, məqsədimiz gələn il Region Liqasında çıxış etməkdi.

MİRAĞA, Futbol+

Son yazılar

To Top