“Qarabağ” “Zirə”yə qalib gəldi
26.09.2018 , 21:10
Bu gün Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunu keçirilib
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib
Ağdam klubu qalib gələrək xalını 13-ə çatdırıb və lider “Neftçi”yə şərik olub
Qeyd edək ki, indiyədək 12 dəfə üz-üzə gələn bu komandaların oyununda 9 dəfə”Qarabağ” qalib gəlib, 3 dəfə isə heç-heçə qeydə alınıb.
26 sentyabr (çərşənbə)
20:00.“Qarabağ” – “Zirə” 3:2
Qollar: Filip Ozobiç, 28 (pen.), İnnosent Emeqara, 48, 85 – Mirsayib Abbasov, 56, 82
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov
“Azersun Arena”