big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qarabağ” vahid lider oldu

22.10.2018 , 13:14

Həftəsonu U-15 və U-17 Liqalarında 4-cü turun oyunları keçirildi. U-17 Liqasında «Qarabağ» – «Neftçi» və «Sumqayıt» – «Qəbələ» matçlarının qonaq komandaların 5 və daha çox futbolçusunun U-17 yığmamızın düşərgəsində olmasına görə təxirə salındığı barədə əvvəlcədən məlumat vermişdik. 2 liqada qalan 11 oyunun hamısı baş tutdu. Həmin oyunlar haqqında məlumatları təqdim edirik. Xatırladaq ki, artıq ənənə halını almış «protokol problemi» ilə bu həftə də üzləşdik. Bəzi komandaların sanki bilərəkdən oyunun protokollarını göndərməmələri həmin komandaların iştirakı ilə keçirilən matçlarda vurulan qolları təqdim etməməyimizə səbəb olur.

 

U-15 Liqası, 4-cü tur

 

«Xilə» – «Mil-Muğan» 4:2
Qollar: 
Abbas Dəmirçiyev, 22, 48; Məmməd Əhmədov, 25; Seyidəli Tağızadə, 46 – Əli Fətəlizadə, 38; Əli Hacıyev, 60 (pen.)

 

Şağan OİK-nin meydanında baş tutan oyun kifayət qədər maraqlı və bol qollu oldu. Qarşılaşmada üstün oyun sərgiləyən «Xilə» rəqibini 4:2 hesabı ilə məğlub etməklə çempionatda ilk qələbəsini qazandı. Meydan sahiblərinin hücumları ilə başlayan oyunda hesab bir qədər gec açıldı. 22-ci dəqiqədə Məmməd Əhmədovun cərimə zərbəsindən qapı önünə göndərdiyi topu Abbas Dəmirçiyev başla qapıdan keçirdi. Az sonra meydan sahibləri daha bir qola sevindilər. Bu dəfə Məmməd Əhmədov özü fərqləndi. O, cərimə zərbəsindən topu yaxın «doqquzluğ»a göndərdi. Birinci hissə elə bu hesabla başa çatdı.

Fasilədən sonra qol gözləmək çox çəkmədi. Artıq, ikinci yarının 3-cü dəqiqəsində «Mil-Muğan» buraxılan qolların birinin əvəzini çıxdı. Əli Fətəlizadə müdafiəçilərin səhvindən məharətlə istifadə etdi. Amma həmin gün «Xilə» daha yaxşı idi. Oyuna yüksək motivasiya və meydan amili öz sözünü dedi. Hücumlarını davam etdirən meydan sahibləri 46-cı dəqiqədə rəqibi 3-cü dəfə cəzalandırdılar. Seyidəli Tağızadənin güclü zərbəsi qarşısıalınmaz oldu. Cəmi 2 dəqiqə sonra «Xilə» 4-cü qolunu gerçəkləşdirdi. İlk qolun müəllifi Abbas Dəmirçiyev başla dəqiq oynamaqla dubl etdi. Ona bu dəfə assistentliyi Nicat Şirinov etdi.  Matçda sonuncu qol qonaqlardan gəldi. Cərimə meydançası daxilində qayda pozuntusuna görə hakim «Xilə»nin qapısına penalti təyin etdi. Qapıçı Əkbər Səfixanlı topun səmtini müəyyənləşdirsə də, «Mil-Muğan»ın futbolçusu Əli Hacıyevin zərbəsinin qarşısını ala bilmədi.

 

«Zaqatala» – «Qarabağ» 0:4
Qollar
: Riad Məmmədov, 7; Nəriman Axundzadə, 36; Süleyman Süleymanov, 44; Cəfər Həsənov, 65

 

Çempionatda xal itirməyən «Qarabağ»ın autsayderlə səfər oyununda qalib gələcəyi gözlənilən idi. Sensasiya baş vermədi. Xəyal Həsənovun yetirmələri rəqibi 4 cavabsız qolla məğlub etməklə 4 turdan sonra 12 xalla çempionatın vahid lideri oldu.

 

Qonaqların üstünlüyü şəraitində keçən oyunda hesab 7-ci dəqiqədə açıldı. Süleyman Süleymanovun sağ cinahdan qapı önünə göndərdiyi topu Riad Məmmədov tək toxunuşla qapıdan keçirdi. Hər iki qapı qarşısında kifayət qədər qol epizodu olmasına baxmayaraq, 1-ci hissədə başqa qol vurulmadı. 2-ci hissə başlayar-başlamaz «Qarabağ» daha bir qol vurdu. Bu dəfə oyunun ən yaxşılarından olan Nəriman Axundzadə Cəfər Həsənovla «divar ötürməsi»ni qola çevirdi. «Qarabağ»ın 3-cü qolu Süleyman Süleymanovdan gəldi. Onun qol vurmasına Nəriman şərait yaratdı. «Son nöqtə»ni Cəfər Həsənov qoydu. O, 20-22 metr məsafədən qapını dəqiq nişan almağı bacardı.

 

Qonaqların məşqçisi Elnur Əliyevin fikrincə, «Zaqatala»nın heyətində cinah yarımmüdafiəçisi Muxtar Məmmədovu bəyəndiyini söylədi. Meydan sahiblərinin çalışdırıcısı İslam Şabanov isə «Qarabağ»dan ən çox «10 nömrə» Nəriman Axundzadənin oyununu xoşladığını dedi.

 

«Neftçi» – «Keşlə» 3:1
Qollar
: Bahadur Quliyev, 3; Ayxan Süleymanlı 30; Nahid Tanrıverdiyev, 69 – Rəşid Səfixanlı, 16

 

Bu oyuna kimi hər iki komandanın xalları eyni idi. Başqa sözlə, turnir cədvəlində qonşu idilər. Qalib gələn tərəf qonşuluq münasibətlərini «korlayacaqdı». Bu üzdən hər iki komandanın qələbə şanslarını haradasa eyni dəyərləndirmək olardı. Qarşılaşmada erkən qol qeydə alındı. Artıq, 3-cü dəqiqədə Elcan Əblovun asmasından sonra Bahadur Quliyev hesabı açdı. Buraxılan qoldan sonra ruhdan düşməyən və topa daha çox nəzarət edən «Keşlə» bir neçə epizodda qola yaxın olsa da, hesabı 13 dəqiqə sonra bərabərləşdirə bildi. Kamran Məlikovdan ötürmə alan Qurban Səfərov öz növbəsində onu daha yaxşı vəziyyətdə olan Rəşid Səfixanlıya ötürdü. Rəşid qol şansını boşa vermədi – 1:1. Bu qoldan sonra hücumda daha çox vaxt keçirən «Keşlə»nin qalib gələcəyini düşünmək olardı. Amma həmin gün «Neftçi» daha şanslı idi. Fasiləyə 5 dəqiqə qalmış Eldəniz Məmmədovun komandası qonaqları 2-ci dəfə mərkəzdən başlamağa məcbur etdilər. Bu dəfə Oruc Məmmədovun dirəkdən qayıdan topunu Ayxan Süleymanlı qapıdan keçirdi. Komanalar fasiləyə «Neftçi»nin 2:1-lik üstünlüyü ilə yollandılar. Fasilədən sonra da oyunun ssenarisində dəyişiklik olmadı. «Keşlə» daha çox hücum edən tərəf idi ki, bu da başadüşüləniydi. Nurəddin Məmmədovun yetirmələri vacib oyunda məğlub olmaq istəmirdilər. Onların məğlubiyyətdən qurturmaları üçün kifayət qədər imkanları da oldu. Əgər Qurban Səfərov, Rəşid Səfixanlı, Tural Əmirhüseynov…  əllərinə düşən 100 faizlik qol şanslarından yararlansaydılar. Daha çox qələbə hesabını qorumağa çalışan və rəqibi əks-hücumda yaxalamaq istəyən «Neftçi» matçın sonuna doğru istəyinə çatdı. Oruc Məmmədov uzun reyddən sonra topu qapı önündə boş qalan Nahid Tanrıverdiyevə ötürdü. Nahid isə oyunun yekun nəticəsini müəyyənləşdirən qolu vurmaqda çətinlik çəkmədi.

 

«Neftçi»nin baş məşqçisi Eldəniz Məmmədov: «Bu günə kimi qarşılaşdığımız rəqiblərdən ən güclüsü «Keşlə» idi. Rəqibin oyununu çox bəyəndim. Heyətində yaxşı futbolçular çoxdu. Amma ən çox bəyəndiyim birinin adını çəkəcəm. Sağ cinahda oynayan Kamran Məlikov. Bizə daha çox «başağrısı» verdi». «Keşlə»nin baş məşqçisi Nurəddin Məmmədov: «Məğlub olmağa layiq deyildik. Əgər uşaqlar əllərində düşən fürsətlərdən yararlansaydılar… Bəxtimiz gətirmədi. Buna baxmayaraq, rəqibi təbrik edirəm. «Neftçi» yaxşı komandadı. Çempionatda belə komandaların sayı nə qədər çox olsa, uşaqlar bir o qədər inkişaf edərlər, birincilik daha maraqlı olar. Rəqibin heyətində ən çox bəyəndiyim futbolçu qapımıza vurulan 2 qolun səbəbkarı Oruc Məmmədov oldu».

 

İsgəndər Cavadov BFA – «Zirə» 0:5
Qollar
: Rza Əliyev, 9, 29, 50; Sənan Xəlilli, 52; 70

 

«Səbail» – «Sabah» 3:5
Qollar:
 Raul Məmmədov, 41; Nicat Quliyev, 70+1, 70+3 – Firəddin Abdullayev, 14; Şahmar Aşurov, 29; 59; 60; Qəşəm Məmmədov, 69.

 

«Neftçi» İK İB – «Sumqayıt» 1:1

Gəncə TİM – «Qəbələ» 0:0

 

Bombardirlər: Nicat Quliyev («Səbail») –Şahmar Aşurov («Sabah») – 10 qol.

 

U-15 Liqasında 5-ci turun oyunları oktyabrın 27-28-də keçiriləcək: «Keşlə» – «Səbail», «Qarabağ» – «Neftçi» PFK, «Sumqayıt» – «Zaqatala», «Mil-Muğan» – «Neftçi» İK İB, «Zirə» – «Xilə», «Qəbələ» – İsgəndər Cavadov BFA, «Sabah» – Gəncə TİM.

 

 

U-17 Liqası, 4-cü tur

 

U-17 Liqasında tur ərzində nəzərdə tutulan 6 oyundan 4-ü baş tutdu. Yazının girişində qeyd etdiyimiz kimi, «Sumqayıt» – «Qəbələ» və «Qarabağ» – «Neftçi» matçları qonaq komandaların 5-dən çox üzvünün U-17 millisinin düşərgəsində olması səbəbindən təxirə salındı. Qalan 4 oyunda aşağıdakı nəticələr qeydə alındı:

 

«Xəzər Lənkəran» – «Keşlə» 0:2
Qollar
: Nəcməddin Şirinli, 50; Vaqif Həsənov, 75

 

Ötən tur «Qarabağ»la oyunda olduğu kimi bu dəfə də «Keşlə» oyuna ciddi itkilərlə çıxmışdı. Komandanın 4 aparıcı futbolçusunun U-17 millimizin düşərgəsində olması üzündən baş məşqçi İlham Yadullayev heyətə 2003-cü il təfəllüdlü 5 futbolçu dəvət etmişdi. «Balaca»lar bu dəfə də məşqçinin üzünü ağ elədilər…
Oyunun birinci yarısında hesab açılmadı. Hərçənd, hər iki komanda zaman-zaman qol vurmağa yaxın idi. Fasilədən sonra isə qapılara 2 qol vuruldu və hər ikisi qonaqlardan gəldi. İkinci hissənin əvvəllərində «Keşlə» künc zərbəsi vurmaq imkanı qazandı. Əbil Əbilovun qapıya birbaşa göndərdiyi topu müdafiəçilər geri qaytarsalar da, «Qarabağ»la oyunu buraxan Nəcməddin Şirinli geridönüşü qolla qeyd etdi. Bundan sonra meydanda bərabər səviyyəli oyun getdi. Oyunun sonuna doğru daha çox hücuma meylli olan «Xəzər Lənkəran» idi. Bundan istifadə edən qonaqlar rəqibi əks-hücumda yaxaladılar. Şaiq Vəlizadədən əla ötürmə alan Əbil Əbilov cinahla bir qədər irəliləyərək topu qapı qarşısında dayanan Vaqif Həsənova göndərdi. Vaqif isə başla onu qapıdan keçirdi. Qeyd edək ki, oyunun qəhrəmanlarından olan Əbil Əbilovla Vaqif Həsənov 2003-cü il təvəllüdlü futbolçulardır.

 

«Tufan» – «Neftçi» İK İB 0:1
Qol: 
Rəşid Həsənov, 77

 

«Səbail» – «Zirə» 1:4
Qollar:
 Bayraməli Qurbanov, 53 – İlahi Quliyev, 25 (pen.), 57, 67, 82

 

«Mil-Muğan» – «Sabah» 0:2

 

Bombardirlər: Fərid Xasıyev («Qarabağ») – 5 qol, İlahi Quliyev («Zirə») – 4 qol.

 

U-17 Liqasında 5-ci tur təqvimi belədir: «Neftçi» İK İB – «Səbail», «Keşlə» – «Tufan», «Sabah» – «Qarabağ», «Zirə» – «Sumqayıt», «Neftçi» – «Xəzər Lənkəran», «Qəbələ» – «Mil-Muğan».

 

Oyunların oktyabrın 27-də keçirilməsi nəzərdə tutulub. Sonuncu 2 oyunun məlum səbəbdən təxirə salınması gözlənilir.

 

«Het-trik news» qəzeti

Son yazılar

To Top