“Qarabağ” daha bir qapıçı ilə maraqlanır
10.07.2018 , 11:39
“Qarabağ” heyətinə daha bir qapıçı cəlb etməyə hazırlaşır.
Ağdam klubu “Virtus Entella” ilə yolları ayıran Alessandro Yakobuççi ilə maraqlanır. 27 yaşlı italiyalı qolkiperi “Qarabağ”la yanaşı, “Olimpiakos”un da transfer etmək istədiyi iddia olunur.
Qeyd edək ki, A.Yakobuççi son üç mövsümü “Virtus Entella”da keçirib.
Xatırladaq ki, “Qarabağ” bu yay iki qapıçı – Hannes Halldorsson və Vaqner da Silvanı transfer edib.