Futbol

“Qalatasaray” – “Benfika”: hakim təyinatları açıqlandı

12.02.2019 , 19:16

Avropa Liqasının 1/16 finalında keçiriləcək “Qalatasaray” – “Benfika” ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçın başhakimi İspaniya Futbol Federasiyasından Jesus Qil Manzano olacaq. Ona Roberto Alonso və Dieqo Barbero Sevilya kömək edəcək. Dördüncü hakim funksiyasını Jue Yuste yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rikardo De Burqos və Santiaqo Jaime Latre olacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Benfika” görüşü fevralın 14-ü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Son yazılar

Yuxarı