Voleybol

Qadın voleybolçularımız portuqaliyalıları məğlub edib

23.05.2018 , 16:11

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasının II turunda Portuqaliya ilə üz-üzə gəlib

A qrupunda yer alan yığma ikinci görüşünü də qələbə ilə başa vurub – 3:1. 
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk setdə uduzsa da, sonrakı üç setdə rəqibindən üstün olub və əzmkar qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan ilk turda Ukraynaya 3:1 hesabı ilə qalib gəlib.

Qızıl Avropa Liqası
A qrupu, II tur
18:00. Azərbaycan – Portuqaliya 3:1 (24:26, 25:17, 25: 14, 25:17)
Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Voleybol Mərkəzi

Facebook Şərhləri

Son yazılar

Yuxarı