Güləş

Qadın güləşçimiz Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb

02.05.2018 , 16:09

Azərbaycanın qadın güləşçisi Maria Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı, dünya və altıqat Avropa çempionu yarımfinalda belaruslu Kseniya Stankeviçi məğlub edib. Stadnik rəqibini 10:0 hesabı ilə üstələyib. O, həlledici görüşdə rumıniyalı Emilia Vucla qarşılaşacaq.

76 kq-da yarışan Səbirə Əliyeva isə yarımfinalda rusiyalı Yekaterina Bukinaya uduzaraq bürünc medal uğrunda görüşdə iştirak edəcək. Final görüşləri sabah keçiriləcək.

Son yazılar

Yuxarı