Futbol

“Qəbələ” “Herta”ya uduzdu Gənclər Liqası

07.11.2018 , 18:53

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” bu gün doğma meydanda Almaniya çempionu “Herta” ilə qarşılaşacaq. Matç saat 17:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Berlində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, “Qəbələ” I mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, ilk oyun

7 noyabr

17:00. “Qəbələ” – “Herta” (Almaniya) 1-3

Qollar: Məhəmməd Kiprit, 65 (0:1), Cesik Nqankam, 71 (0:2), Ruven Vertmüller, 85 (0:3), Əli Sadiqov, 89 (1:3)
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)
Qəbələ şəhər stadionu

Facebook Şərhləri

Son yazılar

Yuxarı