Çempionlar liqası

PSJ Çempionlar Liqasından çıxarıla bilər

31.10.2018 , 17:39

Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransanın PSJ klubunun Çempionlar Liqasından çıxarılmasını istəyib

56 yaşlı funksioner Paris təmsilçisinin maliyyə “fair-play” qaydalarını pozduğunu iddia edib.
“PSJ futbolçularla müqavilələrin məbləğlərini artırıb. Əmimliklə deyə bilərəm ki, “Real Madrid” və “Barselona” Fransa təmsilçisindən UEFA-ya şikayət etməyimizi istəməyib. Biz Neymar PSJ-yə keçməmişdən öncə bu təşəbbüsə başlamışdıq. Bu klub Avropada peşəkar futbolun sabitliyini təhlükə altına qoyur” deyə X.Tebas bildirib.
La Liqa rəhbəri maliyyə “fair-play” qaydalarına əməl etməyən və gəlirləri haqqında məlumatları saxtalaşdıran hər bir klubun Avropa futbolunun sabitliyi üçün təhlükəli olduğunu vurğulayıb: “Bu, bazar inflyasiyasını təhrik edir. Digər klubların onlarla mübarizə aparmaq üçün inanılmaz dərəcədə dəstəyə ehtiyacı olmalıdır. Bütün bunları böyük klubları müdafiə etmək üçün demirəm”.
X.Tebas klubların UEFA tələblərinə əməl etməli olduğunu bildirib: “Buna riayət etməyənlər avrokuboklardan kənarlaşdırılmalıdır. Məncə, qurumu aldadan klublar turnirlərdə iştirak etməməlidir. Amma bunu reallaşdırmaq çətin olacaq. Çünki PSJ-nin prezidenti Çempionlar Liqasının yayımçısı olan “BeİnSport’ kanalına rəhbərlik edir”.
Qeyd edək ki, Xavyer Tebas daha öncə Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdə ittiham edib. Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından PSJ-yə keçib.

Facebook Şərhləri

Son yazılar

Yuxarı