Premyer Liqanın bombardiri məşqçilik kurslarına getdi
03.09.2018 , 12:52
Azərbaycan çempionatının bombardiri Marko Deviç gələcəyini də futbolda görür.
Belə ki, “Sabah”ın böyük karyeraya malik 35 yaşlı futbolçusu bu məqsədlə ölkəmizi tərk edib. Ukraynalı futbolçu A kateqoriyası almaq istəyən məşqçilər üçün təşkil edilən seminarlarda iştirak edir.
Qeyd edək ki, Marko Deviç Azərbaycan Premyer Liqasında keçirdiyi 3 oyunda 4 qol vurmağı bacarıb.
Mənbə: Futbol11.az