İngiltərə Premyer Liqasında daha bir məşqçi postundan qovulub. “Sautqempton” Mauritsio Pelleqrino ilə yollarını ayırıb. Premyer Liqanın 30-cu turunda “Nyukasl”a məğlubiyyətdən sonra (0:3) rəhbərlik argentinalı mütəxəssisi istefaya göndərib.
Onun köməkçiləri də komandadan ayrılıb. Pelleqrino “Sautqempton”da 2017-ci ilin yayından çalışırdı. Komanda 28 xalla 17-ci pillədə qərarlaşıb və düşmə zonasındadı.