Dünya Futbolu

Poqba rəsmən İspaniya klubunda

08.01.2019 , 13:35

Türkiyənin “Gənclərbirliyi” klubundan ayrılan Florentin Poqbanın yeni klubu bəlli olub.

28 yaşlı müdafiəçisi karyerasını İspaniyada davam etdirəcək. Qvineya millisinin üzvü Sequnda təmsilçisi “Elçe” ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.

Florentinin əkiz qardaşı Matias Poqba Fransanın “Tur” klubunda oynayır. Ailənin kiçik övladı Pol Poqba isə qardaşlarından daha məşhurdur. Fransa millisinin üzvü olan yarımmüdafiəçi “Mançester Yunayted” klubunda çıxış edir.

Qeyd edək ki, “Selta”nın yetirməsi olan Florentin Poqba “Sedan”, “Sent-Etyen”, “Gənclərbirliyi” klublarının formasını geyinib.

Son yazılar

Yuxarı