“Napoli”nin qapıçısı Pepe Reyna “Milan”a keçməyə yaxındır
35 yaşlı qolkiper bu gün “Milan”da tibbi baxışdan keçəcək.
İspaniyalı qapıçının Neapol təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Ona görə də Reynanın yanvarın 1-dən digər klublarla danışıq aparmaq hüququ var.
Təcrübəli qapıçının mövsümün sonunda “Milan”a azad agent statusu ilə pulsuz keçəcəyi bildirilir.
Qeyd edək ki, Reyna 2015-ci ildən “Napoli”də çıxış edir.