"Qarabağ”dan ayrılan ilk futbolçunun adı məlum olub
Cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında kluba transfer olunan Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, Enrike komandanın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.