“Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
O əvvəlcə görüşlə bağlı danışıb.
– Bu gün həqiqətən də yaxşı və qorxusuz oynadıq. İkinci yarıda daha yaxşı oynadığımızı düşünürəm. 1:1 hesabının layiqli nəticə olduğunu düşünürəm.
– “Keşlə”nin şansları daha çox olsa da, qol vura bilmədiniz…
– Bəli, şanslarımız da var idi. “Qəbələ”nin də qol epizodları oldu. Bir-iki qol da vura bilərdik.
– Nəyə görə vura bilmədiniz?
– Bilmirəm, niyə. Bəxtimiz də gətirmədi. Birinci və ikinci yarıda da qol imkanlarımız oldu.
– Fasilədə baş məşqçi sizə hansı tapşırıqları verdi?
– Komandamızın keyfiyyəti var. Sadəcə onu göstərə bilmirik hələ. Yaxşı oyunçularımız var.
– Onu göstərməyə nə mane olur?
– Bilmirəm. Çalışırıq ki, nəsə edək. Ancaq keyfiyyətimizi hələ 100 faiz göstərə bilmirik. İkinci yarıda 80-90 faiz göstərdik.
– Tez-tez hakimə etiraz edirdin. Hətta etiraza görə sarı vərəqə də aldın. İdarəçiliklə bağlı nə deyə bilərsən?
– Öməri tanıyıram, qardaşdır. Ancaq bu gün pis hakimlik etdi. Bir epizodda Vitali Vernidub məni itələyirdi arxadan, bir epizodda da cərimə vermədi.
– Komanda yoldaşlarına niyə qışqırırdın?
– Olur da, adam həyəcan keçirir. Qalib gəlmək istəyirsən, mübarizə aparırsan. (qol.az)