DÇ-2018

Nigeriya azarkeşləri stadiona toyuqla girmək istəyib

14.06.2018 , 02:49

Nigeriyalı futbolsevərlər maraqlı addımla diqqət mərkəzinə düşüb. Azarkeşlər stadiona diri toyuqla daxil olmaq üçün icazə istəyib.

Afrikalılar Kalininqrad vilayətinin icra orqanlarına stadiona diri toyuqla girmək üçün müraciət edib. Belə ki, onlar toyuğun Nigeriya xalqının simvolu olduğunu əsas gətirərək komandalarına bu cür dəstək olmaq istəyib

Lakin azarkeşlər müsbət cavab ala bilməyib. Nigeriyalıların komandalarına diri toyuqla dəstək olması baş tutmayacaq.

Son yazılar

Yuxarı