Braziliya millisinin və “Barselona”nın gənc futbolçusu Neymar zədəsi barədə açıqlama verib.
Korner.az xəbər verir ki, Zuniqanın Neymarı zədələdiyi epizod barəsində “Barsa”lı ulduz danışarkən göz yaşlarına hakim ola bilməyib: “Əgər Zuniqa iki santimetr daha aşağıdan vursa idi ömürlük şikəst qala bilərdim. Bütün bunlara baxmayaraq ona qarşı kin duymuram”.