Premyer Liqa

“Neftçi”nin toplanışa başlayacağı tarix açıqlandı

21.12.2018 , 16:00

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb.

Komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.

Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi” ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə “Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə açıqlanmayıb.

Son yazılar

Yuxarı