Futbol

“Neftçi”nin qapıçısı zədələndi

11.02.2019 , 17:28

“Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.

29 yaşlı əlcək sahibi son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Aqil Məmmədov 3-4 həftə müalicə olunacaq. Qolkiper yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında “Neftçi”yə transfer olunub.

Son yazılar

Yuxarı