Bakının "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov Türkiyədə mükafatlandırılacaq.
Korner.az-ın məlumatına görə, qardaş ölkədə Avropada hər il bir klub prezidentinə verilən "Beynəlxalq Yüksək Xidmət" mükafatı bu dəfə "ağ-qaralar"ın başkanına təqdim olunacaq.
Sadıq Sadıqovun "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və ölkə futbolunun inkişafında rolu olduğu üçün bu mükafata layiq görüləcək.
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 17-də, İstanbulun Haliç universitetində keçiriləcək.