Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Zestafoni" oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, sabah saat 21:00-da "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı "İdman Azərbaycan" telekanalı canlı yayımlanacaq.
Xatırladaq ki, bu oyunun canlı yayımlanıb-yayımlanmaması sual altında idi.