Topaz Premyer Liqasının 20-ci turunun “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.
Kassalar bu gün saat 18.00-dək işləyir. Sabah isə saat 11.00-dan oyun başalayanacan biletlər satışda olacaq.
Qeyd edək ki, martın 14-də “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.