Ölkə futbolu

“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı

07.11.2018 , 11:53

“Neftçi” və “Qarabağ” klublarının ikinci komandalarının oyunu təxirə salınıb. Azərbaycan I Divizionunun X turunun qarşılaşması başqa vaxta keçirilib.

Buna səbəb “Qarabağ”ın bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olmasıdı. Ağdam təmsilçisinin müraciətini, “Neftçi”nin razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 9-da deyil, dekabrın 3-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, “Neftçi-2” turnir cədvəlində ikinci, “Qarabağ-2” isə 5-ci pillədədir.

Facebook Şərhləri

Son yazılar

Yuxarı