"Gürcüstan çempionu ilə rəqib oldu deyə rahatlaşmamalıdı "Neftçi". Orada çempion olmaq çox çətindir". Bu sözləri Korner.az-a açıqlamasında təcrübəli mütəxəssiz Ağasəlim Mircavadov deyib. Çalışdırıcı "Zestafoni"ni güclü rəqib sayır:
"Zestafoni" zəif rəqib deyil. Bəli, razıyam ki, digər güclü komandalardansa, bu, münasib rəqibdi. "Neftçi" bu səddi keçmək üçün mükəmməl hazırlaşmalıdı. İlk oyun doğma meydanda olsa da, bir top fərqi ilə qələbə qazanmağa meyil göstərmək lazım deyil. Onlar öz meydanlarında çox güclü oynayırlar. İlk oyunda yaxşı nəticə qazanıb, cavab qarşılaşmasına hazırlaşmaq lazımdı. "Neftçi"nin bu mərhələni keçəcəyinə inanıram".