NBA-da yeni rekord: bir oyuna 14 üçxallıq atış!
30.10.2018 , 09:56
“Qolden Steyt Uorriorz” komandasının müdafiəçisi Kley Tompson NBA-də yeni rekorda imza atıb. Təcrübəli basketbolçu komanda yoldaşı Stefen Körrinin rekordunu qırıb.
Belə ki, Tompson Çikaqo səfərində “Bulls”la qarşılaşmada 24 üçxallıq atış cəhdindən 14-də dəqiq olub. Bu isə bir oyunda ən çox atılan üçlük sayıdır.