Futbol

Müşviq İsayevin xatirə turniri keçiriləcək

09.01.2019 , 19:43

Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək.

Yarış 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan 6 çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.

Görüşlər saat 10.00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17.00-dan start götürəcək. Turnirin açılış mərasimi yanvarın 11-də saat 16.00-da başlayacaq.

İlk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk 3 yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.

Son yazılar

Yuxarı