big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Müşahidə Şurası ideyası idman jurnalistlərinin gözündə: Avazı yaxşı gəlir, amma… – SORĞU

17.05.2016 , 17:25

Mövzumuz yenə də AFFA İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda idarə heyətlərinin yaradılması haqda qəbul etdiyi qərardır. O qərar ki, hələ də bütün klublar tərəfindən icra olunmayıb. O qərar ki, icra olunmamasına görə İK klubları sanksiya ilə hədələmişdi 3 il əvvəl. O qərar ki, ortada nə sanksiya var, nə də hamılıqla qəbul olunan icra mexanizmi. 2-3 klub rəsmi şəkildə Müşahidə Şurası yaradıbsa, qalanları ya bu qərarı, ümumiyyətlə, yaxına buraxmayıb, ya da hər şey hələ ki kağız üzərindədir. Bəs idman jurnalistləri nə düşünür bu məsələ barədə? Həmkarlara 4 sualla üz tutduq və xeyli maraqlı fikirlər çıxdı ortaya. Və ortaq sayılacaq bir mövqe oldu: qərarın avazı yaxşı gəlir, amma… 

Beləliklə, suallar və həmkar dostlarımızın cavabları.

1) AFFA İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda idarə heyətlərinin yaradılması haqda qəbul etdiyi qərar ölkə futbolu üçün nə dərəcədə lazımlı qərar idi?
2) Aradan 3 il keçməsinə baxmayaraq, bəzi klubların qərara hələ də əməl etməməsi, sizcə, nəyin göstəricisidir: biganəliyin, yoxsa qərarın əhəmiyyətsizliyinin?
3) Qərara riayət etmiş klublarda müşahidə şuralarının fəaliyyəti sizi qane edirmi? Əvvəlki illərlə müqayisədə bu klubların idarəçiliyində müsbət irəliləyiş hiss edirsinizmi?
4) AFFA İcraiyyə Komitəsinin qərara hələ də əməl etməmiş klublara qarşı hər hansı sanksiya tətbiq etməsinin tərəfdarısınızmı?

Elnur Məmmədli (CBC telekanalının əməkdaşı)

1) Məncə, bu qərar doğru addım idi. Müəyyən qədər klubun bir nəfərdən asılılığı aradan qalxacaqdı. Amma sanki bu mexanizm də bizdə tam, dəqiqliklə həyata keçirilmədi. Yetərincə nöqsanlar var.
2) Yəqin, klublar düşünür ki, öz əlim, öz başım, dayandığım yerdə niyə başıma iş açıram? Amma vəziyyət gərginləşən kimi AFFA-dan kömək istəyirlər (“Bakı” misalı).
3. Az-çox “Neftçi”nin Müşahidə Şurasının fəaliyyəti hiss olunur. Yaxşı, ya pis. Hər halda, nəsə hiss olunur. Amma digər müşahidə şuraları haqqında bunu deyə bilməyəcəyəm. Götürək “Sumqayıt”ı, bu klub hələ də sanki Kamran Quliyevdən asılı vəziyyətdədir. “Neftçi”də idarəçilikdə müəyyən mənada müsbət addımlar atılıb. Amma bu, hələ nəticələrdə əks olunmur. Çatışmazlıqlar da həddən artıq çoxdur.
4) Məncə, sanksiya qəbul etmək olmaz. O zaman klublar bunu başqa cür qəbul edəcək. Həm də bu, tövsiyə xarakterli idi. Məncə, bunu məcburi şəklə salmaq doğru olmazdı.

Kənan Məstəliyev (rekord.az-ın baş redaktoru)

1) Heç bir əhəmiyyəti yox idi bu qərarın. İş görmək görüntüsü yaratmaq xatirinə atılmış addım idi. Əksinə, klublarda işin sürətlənməsinin qarşısını alan bir "məclislər"di bu şuralar.
2) Qərarın əhəmiyyətsizliyinin təbii ki. Onsuz da hər klubda prezidentdən sonra gələn azı 3-5 nəfər var ki, onlar vacib qərarlar zamanı yığışıb müzakirələr aparırlar. Vitse-prezidentlər, idman direktorları, menecerlər və s.
3) Çoxlarının MŞ-sində kimin oturduğunu bəlkə də həmin klubların özündəki işçilərin yarısı bilmirlər. Bir qrup adamdı arada yığışıb söhbət edirlər, qərarları onlar verirmiş kimi görüntü yaradıb dağılışırlar. Xüsusilə "Neftçi"dəki MŞ məzə mövzusudu. Futboldan başqa hər işə yarayan bu "qruplaşma" dövründə komanda müstəqillik dövrünün ən pis dövrünü yaşayır.
4) Mənası yoxdu sanksiyanın. Həm də ki, İK-nın "duxu" çatmaz buna.

Rəşad Ergün (komanda.az-ın baş redaktoru)

1) Klublarda idarə heyətinin yaradılması normal qərar idi. Futbolu normal səviyyədə olan bütün ölkələrdə klublar bir nəfərin ağlından asılı deyil. Ən azı bu baxımdan, qərarı normal saymaq olardı.
2) AFFA və onun İcraiyyə Komitəsi də çox yaxşı bilir ki, hazırda ölkədə klubların çoxu hansı vəziyyətdədi. Əksər klublar yaşamaq uğrunda mübarizə aparır. Onlardan idarə heyətinin yaradılmasını tələb etmək, tabutdakı ölüdən durub rəqs etməyi tələb etmək kimi bir şey olar.
3) Müşahidə Şurası olan klublarda hansısa dəyişiklik olubmu? Məgər siz "Neftçi"dəki dəyişikliyi hiss etmirsiz? Komanda "əla" oyun göstərir, oyunlarında stadion ağzına kimi "dolur", Avropadakı klub idarəçiliyinin elementlərini "Neftçi"də "görməyə" başlamışıq… Yox, qardaş, heç bir dəyişiklik yoxdu. Nəyinsə dəyişməsi üçün lap başdakı başlar dəyişməlidi. Hansı ki, o başları verdikləri qərara riayət olunub-olunmaması qətiyyən narahat etmir.
4) AFFA idarə heyətiylə bağlı qərara əməl etməyənlərə hansı sanksiyaları tətbiq edə bilər? Pul cəzası? Premyer Liqadakı klubların yarısını AFFA özü maliyyələşdirir. Dediyim kimi, idarə heyətlərinin yaradılması normal qərar idi və bunu FİFA, UEFA da tövsiyə edir. Amma Azərbaycan elə bir ölkədi ki, burda bu cür qərarlar keçmir. Qərara əməl etmək istəyənlər də bunu sadəcə, kağız üzərində, formallıq xatirinə edir. Yəni oldu nə olacaq, olmadı nə olacaq.

Elşən Məmmədov (İdman Araşdırmalar Mərkəzinin rəhbəri)

1) Həmin dövrdə bu, ölkə futbolu üçün bəlkə də lazımsız, əhəmiyyətsiz qərar kimi görünürdü. Amma zaman keçdikcə qərarın önəmi artmağa başladı. Artıq elə bir dövr gəlib ki, bir nəfərin cibindən asılı olan klubların sayı ciddi şəkildə azalmağa başlayıb. Ortada "Xəzər Lənkəran", "Rəvan", "Bakı" nümunələri var. İndi bu klublar az qala fəaliyyətlərini dayandırma təhlükəsi ilə üzləşiblər. Vəziyyət yaxın gələcəkdə də yaxşı olacağını vəd etmir. Bu səbəbdən, klubların yeni tərəfdaşlarla yeni idarəçilik formasına – İdarə Heyəti və ya Müşahidə Şurasına keçməsinə zərurət hiss olunur. 
2) Aradan keçən 3 il müddətində bir çox klub AFFA İcraiyyə Komitəsinin qərarına əməl edib, bəziləri isə buna hələ ehtiyac hiss etmir. "Neftçi" və "Kəpəz" Müşahidə Şurasının faydasını görməkdədir. Qərara görüntü xatirinə əməl edən klublar da var ki, onlarda nəticənin hss edilməməsi təbii haldır. Əməl etməyən klublar isə sponsorlarına məxsus bulağın kranından pul formasında axan suyun qiymətinin artıq ötən gündən Tarif Şurasının qərarı ilə bahalaşmasının hələ fərqində deyillər. Yəni, bu günədək də ciblərinə arxayındırlar. Səbrlə xərcləməkdə davam edirlər. Yəni, qərara əməl etməmələri nə biganəliyin, nə də qərarın əhəmiyyətsizliyinin nəticəsidir.
3) Yuxarıda qeyd etdiyim kimi, "Kəpəz" və "Neftçi"də Müşahidə Şuralarının fəaliyyəti qaneedicidir. Xüsusən, "Kəpəz"i qeyd edərdim. Klub məhdud büdcə ilə avrokuboklara vəsiqəni təmin edib. Əslində burada Müşahidə Şurası üzvlərinin müşahidəçilik yox, təşəbbüskarlıq, qollarını çırmayıb işə girişmə dərəcələrindən də çox şey asılıdır. Təcrübə göstərir ki, rəhbər şəxsin kənara çəkilib "pulunuzu verirəm, gedin mənə kubok gətirin" deməsi ilə davamlı nəticələr əldə etmək çətindir. İdarə Heyəti ona görə yaradılıb ki, qərarlar bir nəfərin iradəsi ilə yox, müzakirələrlə qəbul olunsun və əməli təsdiqini tapsın. 
4) Xeyr, tərəfdarı deyiləm. Hərçənd, futbolda çox vaxt qərarlar sərt olur və onlara qeyd-şərtsiz əməl edilir. Amma klublarımız Avropa arenalarında üz-üzə gəldikləri komandaların idarəçilik formalarından nümunə götürməli və gec-tez buna əməl etməlidirlər. Çünki indi əvvəlki kimi göyə sovrulası və ya kanalizasiyalara axıdılası pullar yoxdur.

Araz Əhmədov (sportfm.az-ın baş redaktoru)

1) Əslində, Avropanın inkişaf etmiş futbol ölkələrində belə praktika mövcuddur. Bizdə belə bir qərarın qəbul edilsədə, əməl edilməsi mümkünsüzdür. Zorla, məcburiyyətlə klublara bunu qəbul etdirmək isə yeni konfliktlərin təməlini qoyacaq. Hamımız bilirik ki, reallıqda Azərbaycanda özünü idarə edəcək futbol klubu yoxdur.
2) Verilən qərarla uzlaşmayan reallığın nəticəsi olaraq, aradan 3 il keçməsinə baxmayaraq, bir çox klublar bu qərarı tətbiq etmək fikrində deyil. 
3) Təbii ki, bu yolla idarə edilən klublardan bəzilərində struktur və idarə olunma baxımından müsbət dəyişikliklər var. Lakin, dəyişikliklər çox cüzidir. Ancaq idarəçiliyi bu formada olan klublardan konkret olaraq “Neftçi”də qərarın tətbiqindən sonra, vəziyyətin günü-gündən ağırlaşmasının şahidi oluruq.
4) Hər hansı bir sanksiya tətbiq edilsə, ölkə çempionatının keçirilməsi sual altında olacaq.

Aydın Bağırov (qol.az-ın baş redaktoru)

1) İdarə heyətləri bu gün Avropanın bir çox aparıcı klublarında var. Uzağa getməyək, bizə qardaş ölkə olan Türkiyədə klubun idarə heyətlərinin nüfuzu böyükdür. Adından da göründüyü kimi, klubu idarə edən də onlardır. Təcrübə göstərir ki, belə bir struktur çox vaxt klub üçün fayda gətirib. Bu mənada, AFFA-nın verdiyi qərar normal idi. 
2) Mən bunu əhəmiyyətsiz qərar saymıram. Bu məsələdə klubların qərara qeyri-ciddi yanaşması şübhə doğurmur. Elə klublar var ki, onlarda Müşahidə Şurası həqiqətən də yaradılıb, lakin bu haqda ictimaiyyətə məlumat verilməyib. Yəni klub formal olaraq AFFA-nın verdiyi qərara əməl edib. Elə klublar da var ki, əvvəlcə belə bir şuranı yaradacağını bəyan etsə də, sonradan bu məsələyə biganə münasibət bəsləyib. Faktiki olaraq, bu gün yalnız “Neftçi”də Müşahidə Şurasının işləməsi barədə bir görüntü var.
Ümumiyyətlə, bu qərarın həyata keçirilməsinə məsuliyyət klublardan daha çox AFFA-nın üzərinə düşür. Unutmayaq ki, qərarı klub deyil, federasiya qəbul edib. Deməli, onun icrasına da qurum özü nəzarət etməlidir. Bir klub federasiyanın çıxardığı qərara əməl etmirsə, deməli, buna görə hansısa cəza mexanizmi də olmalıdır. 
3) Dediyim kimi, biz bu gün faktiki olaraq “Neftçi”də Müşahidə Şurasının işlədiyini görürük. Amma onlar necə işləyib, nəyə nail olublar, bu artıq geniş mövzudur. Qısa desək, “Neftçi”dəki Müşahidə Şurası ciddi heç nəyə nail olmayıb. Komandanın durumu göz qabağındadır. Görün klub hansı vəziyyətə düşüb ki, turnir cədvəlində ilk üçlüyə belə düşə bilmir. Təəssüf ki, hazırkı idarəçiliyin dönəmində “Neftçi” nəticə baxımından tarixinin ən acınacaqlı dövrünü yaşadı. 
4) Şübhəsiz ki, hansısa qərar olmalıdır. Əsk halda, bu qərar sadəcə kağız üzərində qalacaq.

Amal Abuşov (köşə yazarı)

1) AFFA İK-nin məlum qərarı heç bir sağlam məntiqə və xoş niyyətə söykənmirdi. Məqsəd klubların idarə olunmasında hansısa yeni üsul-idarənin tətbiqi yox, onları nəzarətdə saxlamaq istəyi idi. Zaman sübut etdi ki, bu qərarın ölkə futbolu üçün heç bir əhəmiyyəti yoxdu.
2) Bu qərara əməl etməyən klubların başında çalışdıqları sahəyə yetərincə bələd insanlar var. Sözsüz ki, onlar da bu qərarın fikir atalarının niyyətini anlayırdılar. Ona görə də sonuna qədər dirəniş göstərdilər.
3) Qərarın özünün icrası belə təzadlıdır. "Sumqayıt"da MŞ ola-ola Elxan Məmmədovun yaxın dostu Kamran Quliyev prezident postundadı. Zatən, bu komandanın məqsəd və məramı bəllidi. "Neftçi" isə MŞ yaranandan sonra iddiasını və nüfuzunu itirdi. "Milliləşdirilmiş" Məhəmməd Qurbanovu yadımıza salmaqla MŞ-nin əsl məqsədini və klublarımıza "faydasını" asanlıqla anlayarıq. "Kəpəz" üçün Şahin Diniyev təkbaşına çox şey deməkdir.
4) Qərar özü məntiqsiz və gülünc olduğundan hansısa sanksiyadan söhbət gedə bilməz.  "Qarabağ"a və ya "Qəbələ"yə açıq-aşkar cəza vermək Elxan Məmmədovun cəsarət edəcəyi iş deyil.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top