U19

Millimizə 22 futbolçu dəvət edildi

11.12.2018 , 11:24

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesi dekabrın 12-dən 19-dək olan müddəti əhatə edəcək.

Baş məşqçi Vüqar Məmmədin yetirmələri Bakıda hazırlıq keçəcək. Toplanışda 22 futbolçu iştirak edəcək:

Alfred Zaxaryayev (“Ximki”, Moskva, Rusiya), Kamran Quliyev (“Jonova”, Litva), Əkbər Vəliyev (“Keşlə”), Ruslan Ərzimanov (“Krasnodar”, Rusiya), Nicat Mehbalıyev, Zamiq Əliyev, Rauf Hüseynli, İbrahim Hüseynov, Tural Bayramov, Turan Vəlizadə, Elvin Talıbov, Musa Qurbanlı (hamısı “Qarabağ”), Nail Alışov (“Neftçi”), Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Ruslan Qəribov, Murad Ramazanov (hər ikisi “Sokol”, Saratov, Rusiya), Rüfət Abdullazadə (“Sumqayıt”), Məmməd Mirzəliyev (FK FŞM, Moskva Rusiya) və Fərid Nadirov (MOİK).

Son yazılar

Yuxarı