Maqazin

Milli üzvünə hədə-qorxu

20.10.2018 , 15:40

Qadınlardan ibarət İngiltərə millisinin baş məşqçisi Fil Nevil “instaqram” rəhbərliyinə müraciət edib.Sabiq futbolçu sosial şəbəkənin rəhbərliyini diqqətli olmağa çağırıb.

Nevil futbolçularından birinə hədə-qorxu dolu mesajın gəlməsindən narahatdı. Baş məşqçi “instaqram”ın belə yazılarla mübarizə aparmalı olduğunu ifadə edib.

Nevil öz səhifəsində adını açıqlamadığı xanım futbolçunun aldığı mesajı da paylaşıb. Burada “Səni zorlayacam və öldürəcəm. BBC Sport-un baş xəbərinə çevrilə bilərəm?” ifadələri əksini tapıb.

Facebook Şərhləri

Son yazılar

Yuxarı