Futbol

“Milan” klubuna yeni baş direktor təyin olunub

05.12.2018 , 18:47

İtaliyanın “Milan” klubuna yeni baş direktor təyin olunub

Klubun səhmdarlarının bu gün baş tutan iclasında İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.
Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının – MLS-in yaradıcılarından hesab olunur. O, 1994 – 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.
2009-cu ildə İngiltərənin “Arsenal” klubunun icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından “Milan” klubunda yer alıb.

Son yazılar

Yuxarı