Transferlər

Meza Kolli rəsmən Rumıniya klubunda

06.08.2018 , 14:44

“Keşlə”nin futbolçusu Sezar Meza Kollinin Rumıniyanın “Universitatya” klubuna keçidi rəsmiləşib.

Paraqvaylı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. Rumıniya mətbuatı Krakoviya klubunun 27 yaşlı oyunçu üçün “Keşlə”yə 150 min avro ödədiyini yazıb.

Qeyd edək ki, Meza Kolli bu yaxınlarda “Keşlə” ilə 1 illik yeni sözləşmə imzalamışdı

Facebook Şərhləri

Son yazılar

Yuxarı