Messi, Dibala və Di Maria məşqi yarımçıq tərk etdi
19.06.2018 , 12:53
Argentina millisi DÇ-2018-də Xorvatiyaya qarşı keçirəcəyi matça hazırlığa davam etdirir.
Komandanın son 15 dəqiqəsi mətbuat və azarkeşlərə açıq məşqində Lionel Messi, Paulo Dibala və Anxel Di Mariya olmayıb. Onlar hazırlıq prosesini erkən tərk edəbilər. Yığmanın mətbuat xidməti futbolçuların zədəli olmadığını, sadəcə bərpa üçün masaja ehtiyac duyduqlarını bildirib.
Argentina – Xorvatiya görüşü iyunun 21-də keçiriləcək.