Dünya Futbolu

Mbappe zədələnib

13.06.2018 , 01:12

Fransa millisinin hücumçusu Kilian Mbappe zədələnib. 19 yaşlı forvard məşqdə Adil Rami ilə mübarizədə xəsarət alıb. 

Sağ ayağından zədə alan Mbappe paltardəyişmə otağına həkimlərin müşayiəti ilə yollanıb. Hələlik fransız futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil.

Xatırladaq ki, Fransa millisi DÇ-2018-dəki ilk oyununu iyunun 16-da Avstraliyaya qarşı keçirəcək.

Son yazılar

Yuxarı